• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Azərbaycan Fotoqrafları Birliyinin yeni veb saytı – photographer.az – istifadəyə verildi

Azərbaycan Fotoqrafları Birliyi (AFB) – ictimai, yaradıcı və qeyri-kommersiya təşkilatıdır. Birlik öz fəaliyyətini açıq cəmiyyət, könüllülük və özünüidarə prinsipləri əsasında quraraq, peşəkar və həvəskar fotoqrafları bir araya gətirir. AFB-nin əsas məqsədi fotoqrafiya sənətinin inkişafına dəstək vermək, vizual mədəniyyəti təşviq etmək və fotoqraflar üçün yaradıcı mühit formalaşdırmaqdır.

Bu məqsədlərə daha effektiv şəkildə xidmət etmək üçün AFB-nin azərbaycan və ingilis dillərində hazırlanmış yeni rəsmi veb saytı – www.photographer.az bu gün ictimaiyyətə təqdim olundu.

Yeni sayt vasitəsilə istifadəçilər:

  • AFB-nin fəaliyyəti və missiyası barədə ətraflı məlumat ala bilər,
  • Fotoqrafiya kursları, ustad dərsləri, müsabiqələr və sərgilər haqqında məlumatları izləyə bilər,
  • Fotoqalereya və arxivlə tanış ola bilər,
  • Üzvlük və əməkdaşlıq imkanları barədə məlumat əldə edə bilər.

Yeni platforma AFB-nin üzvləri ilə əlaqəni gücləndirmək, daha geniş auditoriyaya çıxış imkanları yaratmaq və Azərbaycan fotoqrafiyasını beynəlxalq müstəviyə daşımaq baxımından mühüm addımdır.