-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
31 Mart qırğını – tariximizin qanlı səhifələrindən biridir və bu faciəyə fotoqrafiya da şahidlik edib. Həmin dövrdə Gəncədə yaşayan və fəaliyyət göstərən Lev Daşkeviç və N. Litvintsev bu hadisələri fotoqraf kimi sənədləşdirərək tarixə ötürüblər.
Daha sonra bu materiallar Paris Sülh Konfransı zamanı nümayiş olunub və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.
Fotoların sonrakı taleyi uzun müddət qaranlıq qalsa da, 2007-ci ildə bu nadir materialları xarici kolleksiyalardan taparaq onların surətlərini Azərbaycana qaytaran Solmaz Rüstəmova Tohidi olmuşdur.
Hazırda həmin fotoların bir hissəsi Azərbaycan Fotoqrafları Birliyinin arxivində qorunur.
