• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Azərbaycan Fotoqrafiya Tarixi-165: "Şəlalə" jurnalı və fotojurnalistikada ilklər

"Şəlalə" jurnalı 1913-cü ildə Bakıda işıq üzü görmüşdür. Məcmuənin ilk nömrəsi 1913-cü il, yanvarın 19-da nəşr edilmişdir. Ümumilikdə 93 nömrəsi çap olunan jurnal, 1914-cü ilin sonlarında (dekabr ayında) fəaliyyətini dayandırmışdır. Jurnalın redaktoru Xalid Səid Xocayev, naşiri isə İsa bəy Aşurbəyov idi.

Azərbaycan dilində nəşr olunan bu dərginin ən böyük özəlliklərindən biri də mətbuatımızda ilk dəfə fotoqrafiyadan geniş istifadə etməsidir. Jurnalın ilk saylarında, əsasən, yalnız portretlərə yer verilsə də, sonrakı nömrələrdə fotojurnalistika baxımından böyük əhəmiyyət kəsb edən xəbər fotoları dərc olunmağa başlamışdır.

Buna əyani misal olaraq jurnalın 14-cü nömrəsinin 7-ci səhifəsində İsa bəy Aşurbəyovun dəfn mərasimindən dərc olunan fotonu göstərmək olar. Fotonun altında müəllif kimi D.Rüstəmiyanın adı qeyd edilmişdir.

Azərbaycandilli mətbuatda fotoqrafiyadan istifadənin dəqiq başlanğıc tarixi tam məlum olmasa da, "Şəlalə" jurnalı ilk fotojurnalistika nümunələrini təqdim edən mətbuat orqanı kimi tarixdə mühüm iz qoymuşdur. Jurnalın nüsxələri hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunub saxlanılır.

Mirnaib Həsənoğlu

gallery image gallery image gallery image gallery image