-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Arkadağ Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan – obyektivdən tarixə” adlı fotosərginin açılışı olub.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, həmçinin mədəniyyət ictimaiyyətinin və media nümayəndələrinin təmsilçiləri iştirak ediblər.
Çıxış edən Murad Hüseynov Azərbaycan Mədəniyyəti Günlərinin Türkmənistanda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, tədbirlərin həm Aşqabad, həm də Arkadağ şəhərlərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Nursahed Şirimov isə Azərbaycan və Türkmənistan arasında mədəni əlaqələrin dinamik inkişaf etdiyini bildirərək, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin iki qardaş xalq arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman sərgi haqqında məlumat verərək bildirib ki, ekspozisiyada Azərbaycanın müasir memarlıq nümunələri, işğaldan azad olunmuş ərazilərin tarixi-mədəni irsi, eləcə də həmin bölgələrdə həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən fotolar nümayiş olunur.
Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış olublar.
Fotolar: Report.az
