• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Ağdamda “Zamanın qanadında” adlı fotosərgi keçirilib

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzində “Ağdam: zamanın qanadında” adlı fotosərgi təşkil olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı ilə keçirilən sərgidə Ağdamın tarixi yaddaşını, zəngin təbiətini, mədəni irsini və yenidən qurulması prosesini əks etdirən 30-dan artıq foto əsər nümayiş etdirilib.

Sərginin əsas məqsədi Ağdamın keçmişini və bu gününü fotoqrafiya sənətinin dili ilə təqdim etmək, şəhərin tarixi-mədəni irsini yaşatmaq, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini fotoqrafların obyektivindən ictimaiyyətə çatdırmaq olub.

Ekspozisiyada Azərbaycan fotoqraflarının müxtəlif dövrlərdə lentə aldıqları görüntülər vasitəsilə Ağdamın tarixi siması, təbiəti və müasir inkişaf mərhələsi əks etdirilib.

Sərgidə əsərləri təqdim olunan fotoqraflar:

Cahangir İbadov, Kamran Əsədov, Tapdıq Abdullayev, Amira Süleyman, Rüstəm Nəbizadə, Zamin Cəfərov, Mahir Hüseyinbəyli və Mirnaib Həsənoğlu.

Tədbir çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri sərgi ilə tanış olublar.

“Ağdam: zamanın qanadında” fotosərgisi fotoqrafiyanın yalnız anları yaddaşa köçürən sənət deyil, həm də tarixi yaşadan, keçmişlə gələcək arasında körpü yaradan güclü vizual ifadə vasitəsi olduğunu bir daha nümayiş etdirib.

Azərbaycan Fotoqrafları Birliyi milli fotoqrafiya sənətinin inkişafı, tarixi-mədəni irsimizin vizual salnaməsinin yaradılması və ölkəmizin müxtəlif bölgələrinin fotoqrafiya vasitəsilə tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image