• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

AFB-nin idarə heyətinin üzvü Ayxan Əhmədov tərəfindən hazırlanmış iki aktlı komediya-tamaşa

12 iyul Ümumdünya Fotoqraflar Günü münasibəti ilə dramaturq Əjdər Ulduz və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) idarə heyətinin üzvü Ayxan Əhmədov tərəfindən hazırlanmış iki aktlı komediya-tamaşa oynanıldı. Pyes fotoqraf Ayxan Əhmədovun danışdığı hadisələr üzərində qurulub. Tamaşa "New Zeon" səhnəsində daxili imkanlar hesabına ərsəyə gəldi.

Qısa məzmun: Nyu janrında şəkil çəkən əcnəbi fotoqraf ölkəmizdə bu sənəti davam etdirir. Müxtəlif tipajlı qadınlar ona müraciət edir, fotosessiya sifariş edirlər. Lakin günlərin bir günü qadınlardan biri onu telefonla xəbərdar edir ki, fotosessiyadan onun əri xəbər tutub və o hal-hazırda ora gəlir. Fotoqraf canını qurtarmaq üçün dərhal studiyanı, işini və ölkəni tərk etməyə məcbur olur. İkinci aktda fotoqraf artıq yeni məkandadır. Cənub dənizini sahillərdə yerləşən hotellərin birində öz işini davam etdirir. Lakin təsadüf nəticəsində yeni məkanda onun qaçmasına səbəb olan qadınla rastlaşır və nəticədə uzun mübahisələr sonunda onlar bir- birilərinə qovuşurlar.

Tamaşada "Səmimiyyət" özfəaliyyət teatrının qeyri-peşəkar aktyorlar öz həyəcan dolu və səmimi oyunları ilə tamaşaçıların məhəbbətini qazanmağa nail olmuşlar. Tamaşa sonrası Fotoqraflar günü geniş qeyd olundu. Tamaşada iştirak edən aktyor heyəti:
Aleksandr Todorovski (Makedoniya)
Pərvanə Babayeva (Azərbaycan)
Şəhla Sadıxova (Azərbaycan)
Nigar Əliyeva (Azərbaycan)
Yuliya Sorokina (Rusiya)
Rejissorlar:
Əjdər Ulduz və Ayxan Əhmədov