23.06.2026
Zaur Səfərov
Mən portret fotoqrafiyası sahəsində fəaliyyət göstərən fotoqrafam. İnsan xarakterini, emosiyalarını və fərdiliyini foto vasitəsilə ifadə etməyə üstünlük verirəm. Müxtəlif fərdi və yaradıcı portret layihələri üzərində çalışıram. Fotoqrafiya sahəsində peşəkar biliklərimi artırmağa, təcrübə mübadiləsi aparmağa və ölkəmizdə fotoqrafiya sənətinin inkişafına töhfə verməyə çalışıram. Hesab edirəm ki, bu birlik çərçivəsində həyata keçirilən layihələr və əməkdaşlıqlar həm yaradıcılıq potensialımın inkişafına, həm də peşəkar fəaliyyətimin genişlənməsinə mühüm töhfə verəcəkdir.
