Sərxan Carçıyev
Mən, Carçıyev Sərxan Nəriman oğlu, 27 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Hazırda Qazax rayonunda qeydiyyatda olsam da, Bakıda yaşayıb, fəaliyyət göstərirəm.
2006-cı ildə ali məktəbi bitirmişəm. Baza təhsilim iqtisadiyyat yönlü (mühasibat uçotu və audit) olsa da, 2008-ci ildən dövrü mətbuatda araşdırma yazıları ilə çıxış edirəm.
"Siyasi Repressiya Qurbanları" Assosiasiyasının xüsusi nümayəndəsiyəm.
Rusiyada yaşayan azərbaycanlıların Yazıçılar Birliyinin,
Azərbaycan Yazıçılar Birlyinin,
Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.
Təkcə Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, Almaniyada maraqla qarşıllanan, təqdimatl keçirilən, 3 araşdırma kitabının müəllifiyəm.
Çox sayda yerli və beynəlxalq konfranslarda məruzə ilə çıxış etmişəm.
"İÇƏRİŞƏHƏR" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyi tərəfindən keçirilən "İÇƏRİŞƏHƏRİN HƏYATI" adlı fotomusaqibədə iştirak etmişəm.
CARÇI Express jurnalının təsisçisi və baş redaktoruyam.
Həsən bəy Zərdabi Mükafatçısı,
Prezident təqaüdçüsüyəm.
