Kəmalə İsayeva
Mənim adım Kamala İsayevadır, amma əksəriyyət məni Kamizzle kimi tanıyır.
Donetskdə böyümüşəm və həyatımın ilk 17 ilini orada keçirmişəm. 2014-cü ildə, Donbasda müharibə başlayanda ailəm Bakıya köçdü və biz həyatımıza sıfırdan başlamaq məcburiyyətində qaldıq. Bakıda fortepiano ixtisası üzrə musiqi məktəbini və biznes məktəbini bitirdim. Hələ o zamanlar xarakterimdə dəqiqlik, həssaslıq və müstəqil olmaq istəyi bir araya gəlmişdi.
Artıq 6 ildir ki, fotoqrafiya ilə peşəkar şəkildə məşğulam.
18 yaşımdan işləməyə başlamışam. Təhsillə işi paralel aparır, özümə dayanmağa və kimdənsə asılı olmağa imkan vermirdim. Bakı Slavyan Universitetinin Filologiya fakültəsini bitirmişəm. Məhz universitet illərində içimdəki fotoqraf yavaş-yavaş üzə çıxmağa başladı. Tez-tez qrup yoldaşlarımı telefonla çəkir, hər kadrda onların əhvalını və xarakterini tutmağa çalışırdım. Getdikcə özümə daha çox sual verirdim: görəsən, əlimdə peşəkar fotoaparat olsaydı, bu kadrlar necə görünərdi?
Üçüncü kursda pul yığıb ilk fotoaparatımı aldım. Artıq dördüncü kursun sonunda başa düşdüm ki, bu, sadəcə bir hobbi deyil, daha böyük bir şeydir. May ayında rəfiqələrimi çəkməyə başladım, təcrübə qazanır, öz üslubumu axtarır və fotolarımı Instagram-da paylaşırdım. Artıq avqust ayında ilk müştərim oldu. O, bu gün də mənimlədir.
Fotoqrafiyaya uşaqlıqdan marağım olsa da, artıq 6 ildir ki, bunu peşəkar fəaliyyətimə çevirmişəm. Bu müddət ərzində işlərim ABŞ, Böyük Britaniya, İspaniya, Fransa, İtaliya, Yunanıstan, Avstraliya, Kanada və Yaponiyanın jurnallarında dərc olunub. Onların bəziləri jurnal üz qabıqlarında yer alıb.
İşlərimdə xüsusilə işığa, rəngə və kompozisiyaya qarşı həssasam. Mənim üçün çəkdiyim anın atmosferini tamaşaçıya ötürmək çox vacibdir. İstəyirəm ki, fotoya baxan insan sadəcə görüntünü görməsin, həmin anın hissini də yaşaya bilsin.
