• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Cavid Həşimov

Cavid Həşimov

Mən, Həşimov Cavid, Bakı şəhərində anadan olmuşam. Hal-hazırda fəaliyyətimi elə bu şəhərdə davam etdirirəm. Fotoqrafiya ilə 2010-cu ildən məşğul oluram. Bir neçə fotomüsabiqələrin iştrakçısı və qalibi olmuşam. 2012-ci ildə Ukraynada Kiyev Fotorəssamlar məktəbini müvəffəqiyyətlə bitirmişəm. 2015-ci ildə “Şərq əməkdaşlığı Beynəlxalq məktəbi”nin onlayn kurslarını müvəffəqiyyətlə bitirmişəm

Bir çox yerli və beynəlxalq fotomüsabiqələrin iştirakçısı və qalibi olmuşam. 2014-cü ildə “Bakı-Qeydi adi foto” adlı müsabiqədə II yerə layiq görülmüşəm (təşkilatçılar: Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Fotoqrafları Birliyi). 2015-ci ildə “Mənim Bakım” adlı fotomüsabiqə III yerə sahibi olmuşam (təşkilatçılar: “IRS Publishing House” nəşriyyatı, "İrs" Beynəlxalq jurnalının redaksiyası, Azərbaycan Fotoqrafları Birliyi).

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Fotoqrafları Birliyninin təşkil etdiyi "Azərbaycan Ailəsi" adlı foto və qısa film müsabiqəsində "Ata laylası" adlı foto ilə qaliblər sırasında olmuşam.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin Təşkilatçılığı ilə keçirilən "İçərişəhərin həyatı" adlı fotomüsabiqədə 2-ci yerin sahibi (2023-cü il) olmuş, 2023-cü il 35awards.com beynəlxalq fotomüsabiqısində finala qədər irəliləmişəm və bir fotom qaliblərin işlərinin nəşr olunduğu kataloq üçün seçilib və nəşr olunub.

2025-ci ildə Beynəlxalq fotomüsabiqə olan 35awards.com layihəsi üçün Azərbaycandan münsiflər heyətinin üzvü olaraq seçilmişəm və ölkəmizi münsiflər sırasında layiqincə təmsil etmişəm.

Həmçinin bir neçə qısa sənədli filmin müəllifiyəm (rejissor, operator, montaj və s.) və youtube şəbəkəsində "Monoloq" adlı sənədli layihənin qurucusuyam. Hal-hazırda həm fotoqrafiya, həm də film sektorunda işlərimi müstəqil şəkildə davam etdirirəm.

gallery image gallery image gallery image gallery image gallery image gallery image