Fotoqraf Teo Allofsun ustad dərsi.
Oktyabrın 22-də 15-30-da “Ram edilməmiş Afrika” adlı fərdi sərgisinin müəllifi Fotoqraf Teo Allofsun ustad dərsi Azərbaycan Fotoqrafları Birliyi tərəfindən təşkil olunacaqdır. Ustad dərsində Teo Allofs öz yaradıcılıqından danışacaq və yaranan suallara cavab verecəkdir. Teo Allofs ekstrimal fotoqrafdır.Tədbirə giriş sərbəsdir.
Ünvan: Zərgərpalan küçəsi 5, mənzil 56, 2-cı mərtəbə (DİN-in binasının arxasındakı bina, “Royal” musiqi mağazasının yanında) Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahı.
Fotoqraf Teo Allofs haqda məlimat
Fotoqraf Cənubi Afrika, xüsusilə də Namib səhrası və Botsvanadakı Okavanqo çayının deltasna çoxsaylı səhayətlər edərək şəkillər çəkib, bu yaxınlarda layihəsini Şərqi Afrikayadək genişləndirib və Böyük Rift Dərəsinə xüsusi diqqət ayırıb.
Teo Allofs altı il əvvəl paraplanda uçmağı öyrənib və o zamandan bəri bu nəqliyyat vasitəsindən istifadə edərək havadan fotolar çəkir. Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş olunan, səmadan çəkilmiş bütün şəkillər məhz paraplandan çəkilib.
Teo Allofs 30 ildən çoxdur ki, peşəkar fotoqrafiya ilə məşğuldur. 1995-ci ildən o, təbiət (vəhşi həyat və peyzaj) fotoları çəkir. Teo Allofs indiyədək bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bunların sırasında o, BBC tele-radio yayım şirkətinin “Vəhşi təbiət üzrə ilin fotoqrafı” mükafatı ilə 11 dəfə təltif olunub. Teo Allofsun işləri “National Geographic”, “New York Times”, “Newsweek”, “Time Magazine”, “GEO”, “Der Spiegel”, “Focus”, “Smithsonian”, “BBC Wildlife Magazine”, “Terre Sauvage” və “Australia Geographic” kimi məşhur qəzet və jurnallarda, kitab və təqvimlərdə çap olunub. O, “Outdoor Photographer”, “FOTO” (İsveç), “Australian Foto”, “PhotoLife” (Kanada) jurnallarında fotoqrafiya ilə bağlı bir çox məqalələrlə çıxış edib. Almaniyanın “Foto Magazin” jurnalı onu dünyanın ən yaxşı təbiət fotoqrafı adlandırıb.
Təbiətin Qorunması üzrə Beynəlxalq Fotoqraflar Cəmiyyətinin (ILCP-nin) təsisçisi olan Teo Allofsun bir çox işləri nəsli kəsilməkdə olan canlı növlərinə və ətraf mühitin mühafizəsi problemlərinə həsr olunub.
Daha ətraflı məlumat fotoqraf haqda www.theoallofs.com