Bu il ilk dəfə Formula 1 Qran prisində baş tutacaq olan Sprint Shooutout sessiyası Azərbaycan Qran Prisi ilə başladı. 3 hissədən ibarət yarışda ilk hissədə 5+5 olmaqla 10 pilot oyundan çıxdı. Onlar arasında Williams komandasından Logan Sargeant SQ1də qəza etmişdi. 3-cü mərhələdə oyunu başa vuranlar arasında ilk üçlükdə Lekler, Perez və Ferstappen yer aldı. Maraqlıdır ki, Lekler qəza etməsinə baxmayaraq ən sürətli getdiyindən ilk pozisiyasını qazanmış ldu. Lando Norris isə heç bir nəticə göstərmədən 10-cu yerdə mövqeyini aldı. Bu yarış axşam baş tutacaq olan Sprint yarışında qrid pozisiyasının təyini üçün olan təsnifat idi.
Sprint yarışında isə AlphaTauri komandasından Yuki Tsunoda ilk turda təkərini itirərək divara çırpıldı. Daha sonra təmir edilərək oyuna qayıtsa da, əslində nasazlığın ciddi şəkildə davam etdiyi və təhlükəli olduğu anlaşılaraq oyunu dayandırmışdır. Stüardlar tərəfindən, təkərin daha ciddi yoxlanılması lazım olduğu vurğunlanmış və bu səbəblə komandaya 5000 Avroluq cərimə verilmişdir.
Yarış ümümilikdə Perez üçün uğurlu başa çatmış – ilk yerdə bitirmişdir. Ardınca isə Lekler və Ferstappen bitirərək gün oyunu bitirmişlər. İlk ilə digər 2 pilotlar arasında fərq 4 və 8 saniyə ikən son pilot olan Esteban Ocon ilə aralarında vaxt fərqi 60 saniyə olmuşdur.
Mətn/Foto: Nurlan Tahirli