• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“Zəfərin ruhu” foto sərgisi

Azərbaycan Fotoqrafları Birliyi sizi Zəfərin 5 illik yubileyinə həsr olunmuş “Zəfərin ruhu” adlı foto sərgiyə dəvət edir.

📅 Tarix: 7 noyabr 2025-ci il
🕒 Saat: 15:00
📍 Məkan: Milli Azərbaycan Tarixi Muzeyi, Hacı Zeynalabdin Tağıyev küçəsi 4
🎟️ Giriş sərbəstdir

Sərgidə tanınmış fotoqraflar Şahvələd Eyvazov, Nurəhməd Vəliyev, Oleq Litvin, İlqar Cəfərov, Kərəm Nəbiyev, Xalid Əsgərov, Əli Qafarov, Rafiq Bağırov, Fərqanə Qasımlı, Nurlan Tahirli, Nail Əhmədov, Kamran Əsədov, Vüqar İbadov, İlkin Səlifov, Fariz Əliyev, Mirnaib Həsənoğlu, Araz Adil oğlu, Vüqar Əmrullayev və Famil Mahmudbəylinin foto əsərləri nümayiş olunacaq.

Bu sərgi, Azərbaycanın Zəfər salnaməsini əks etdirən, müharibə və qələbə dövrünün unudulmaz anlarını sənədli şəkildə təqdim edən fotoşəkillərlə tamaşaçıları bir araya gətirəcək.