-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Suraxanı rayonunda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Zəfər Bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.
Tədbir Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında baş tutub. Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, eləcə də Azərbaycan Fotoqrafları Birliyinin (AFB) sədri Amira Süleyman iştirak ediblər.
Tədbir çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkil etdiyi “Zəfərin ruhu” adlı fotosərgi təqdim olunub. Sərgidə nümayiş etdirilən əsərlər Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımıza bəxş edilən Böyük Qələbənin ruhunu, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq proseslərini və Qarabağın füsunkar təbiətini sənətkar baxışı ilə əks etdirir.
Sərgidə Şahvələd Eyvazov, Nurəhməd Vəliyev, Oleq Litvin, İlqar Cəfərov, Kərəm Nəbiyev, Xalid Əsgərov, Əli Qafarov, Rafiq Bağırov, Fərqanə Qasımlı, Nurlan Tahirli, Nail Əhmədov, Kamran Əsədov, Vüqar İbadov, İlkin Səlifov, Fariz Əliyev, Mirnaib Həsənoğlu, Araz Adil oğlu, Vüqar Əmrullayev və Famil Mahmudbəylinin foto əsərləri nümayiş etdirilib.
“Zəfərin ruhu” sərgisi Böyük Qələbənin ideya və mənəvi dəyərini incəsənət vasitəsilə təbliğ etməklə yanaşı, gənc nəsildə vətənə sevgi və qürur hissini möhkəmləndirməyi məqsəd qoyur.
