• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“Faciənin foto yaddaşı” adlı sərgi

Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan “Faciənin foto yaddaşı” adlı sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin hərbi-siyasi rəhbərliyinin əmri ilə sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı xüsusi amansızlıqla törətdiyi qanlı cinayəti əks etdirən fotolar, sənədlər və nəşrlər nümayiş olunur.

Sərgi xalqımızın qəhrəmanlıq səlnaməsini, milli məfkurənin oyanışını, sovet imperiyasının əsarətində yaşayan xalqların azadlıq uğrunda yüksələn səsini, öz suverenliyi naminə canından keçən qəhrəmanların rəşadətini və faciənin real, unudulmaz görüntülərini təqdim etmək məqsədilə reallaşdırılıb.

Qeyd edək ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.