-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Dəyərli sənətsevərlər,
Azərbaycan Fotoqrafları Birliyinin üzvü, fotoqraf Etibar Cəfərovun müəllifi olduğu “Şərq və Qərb bir arada” adlı fotosərgi 18 aprel 2026-cı il tarixində, saat 13:00–18:00 aralığında nümayiş olunacaq.
Sərgi Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyəti tərəfindən təşkil olunur, Niderland Azərbaycanlıları Koordinasiya Şurası və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.
2026-cı ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Memarlıq və Şəhərsalma ili” elan edilməsi, eyni zamanda Avropada 18 aprel tarixinin Beynəlxalq Abidələr Günü kimi qeyd olunması bu sərginin ideya əsasını təşkil edir.
“Şərq və Qərb bir arada” layihəsi bu iki mühüm məqamı bir araya gətirərək, Azərbaycanın memarlıq irsini, paytaxt Bakının estetik qatlarını və ölkəmizin müxtəlif guşələrinin vizual hekayəsini fotoqrafın obyektivindən təqdim edir.
Sərgidə nümayiş olunan əsərlər vasitəsilə tamaşaçılar Şərqlə Qərbin qovuşduğu mədəni məkanı, tarix və müasirliyin harmoniyasını foto dilində hiss etmək imkanı qazanacaqlar.
Sizi bu maraqlı və dəyərli fotosərgini ziyarət etməyə dəvət edirik.
Ünvan və əlavə məlumat sərginin afişasında təqdim olunmuşdur.
