Insta360 və Leica Qlobal Foto və Video Müsabiqəsini Elan Etdi: 150.000$+ Mükafat Fondu!
Yaradıcılığınızı qlobal miqyasda nümayiş etdirmək vaxtıdır! Insta360 brendi Leica-nın dəstəyi ilə Insta360 Global Awards 2026 müsabiqəsini elan edir. Dünyanın hər yerindən olan kontent yaradıcıları üçün nəzərdə tutulmuş bu müsabiqə 100-dən çox mükafat və $150,000-dan çox ümumi mükafat fondu təklif edir.
📌 Müsabiqə Kateqoriyaları:
Müsabiqə 6 fərqli mövzu üzrə keçirilir:
-
Street (#Insta360StreetShot): Şəhər həyatı, arxitektura və gündəlik kadrlar.
-
Travel (#Insta360TravelShot): Mənzərələr, səyahətlər və kəşf olunası məkanlar.
-
Life (#Insta360LifeShot): İnsan münasibətləri, ailə və emosiyalar.
-
Portrait (#Insta360PortraitShot): Üzlər, ifadələr və insan fokuslu vizual hekayələr.
-
Sports (#Insta360SportsShot): Dinamik hərəkətlər və idman həyəcanı.
-
Night (#Insta360NightShot): Gecə mənzərələri və aşağı işıqda çəkilmiş kadrlar.
🏆 Mükafatlar:
-
İllik Video Mükafatı (3 qalib): $7,500+ dəyərində mükafat paketləri (Leica D-Lux 8 kamera, Insta360 Luna Ultra Creator Bundle, Antigravity A1 Drone Bundle, 1q Qızıl kolleksiya əşyası və $3,000 nağd pul).
-
Kateqoriya üzrə Ən Yaxşı Video (24 qalib): $2,400+ dəyərində mükafat paketləri ($1,200 nağd pul + Insta360 avadanlıqları).
-
Aylıq Video Mükafatları (24 qalib): $250+ dəyərində mükafat və aksessuarlar.
-
Əlavə İmkanklar: Rəsmi kontent tərəfdaşlığı, Insta360 tərəfindən qlobal təbliğat və rəsmi iştirakçı sertifikatı.
📝 İştirak Qaydaları və Tələblər:
-
Cihaz Tələbi: Bütün işlər yalnız Insta360 və ya Antigravity cihazları ilə çəkilməlidir. Original
.insv(videolar üçün) və ya EXIF məlumatı saxlanılmış.jpg/.png(fotolar üçün) faylları saxlanılmalıdır. -
Format:
-
Videolar: 30 saniyə – 3 dəqiqə arası (MP4/MOV).
-
Fotolar: Tək şəkil (Maksimum 20MB, uzun tərəfi minimum 3000px).
-
-
Sünilik və AI: Baza montaj və rəng korreksiyasına icazə verilir, lakin işin orijinallığını dəyişən AI kontentlərə icazə verilmir.
📅 Mühüm Tarixlər:
-
Müraciətlərin başlanması: 15 İyun 2026
-
Müraciətlərin bitməsi: 31 Oktyabr 2026
-
Qaliblərin elan olunması: 30 Noyabr 2026
🚀 Necə Qoşulmaq Olar?
Müsabiqəyə 3 yolla qoşula bilərsiniz:
-
Sosial Şəbəkələrdə: İşi paylaşarkən rəsmi səhifəni tağ edin və #Insta360LeicaAwards daxil olmaqla müvafiq kateqoriya heşteqini əlavə edin.
-
Rəsmi Sayt: Insta360 Awards saytına daxil olaraq formanı doldurun.
-
Insta360 Tətbiqi: Tətbiq daxilindəki icma (Community) bölməsində müvafiq heşteqlərlə paylaşın.
