-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Dekabrın 17-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndələri, millət vəkilləri, münsiflər heyətinin üzvləri, media qurumlarının rəhbərləri, müsabiqə iştirakçıları və qonaqlar iştirak ediblər. Tədbirdən öncə müsabiqə çərçivəsində seçilmiş foto və video işlərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbir çərçivəsində münsiflər heyətinin sədri, ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırovun müəllifi olduğu “Heydər Əliyev və təhsil” mövzusunda foto guşə də təqdim olunub. Guşədə Heydər Əliyevin müxtəlif təhsil müəssisələrində çəkilmiş 30-a yaxın fotosu nümayiş etdirilib.
Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov foto və videonun tarixi yaddaşı yaşadan mühüm sənət vasitəsi olduğunu vurğulayıb, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Çıxışlarda bu cür müsabiqələrin foto və video sənətinin inkişafına, eləcə də elm və təhsil sahəsində baş verən proseslərin vizual şəkildə əks etdirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Sonda müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub.
Fotolar: Rüfət Mikayılov
