• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Aqrar Sığorta Fondunun TƏŞKİLATÇILIĞI İLƏ “Azərbaycanda kənd təsərrüfatı” FOTOMÜSABİQƏSİ

Müsabiqənin məqsədi ictimaiyyətin diqqətini kənd təsərrüfatı sahəsinə cəlb etmək, aqrar profilli peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcı, idrak və sosial fəallığı stimullaşdırmaqdır.

Kənd təsərrüfatında insanların fəaliyyəti, kənd təsərrüfatı heyvanları və bitkiləri, kənd təsərrüfatı fəaliyyətində iştirak edən texnika, bu cür fəaliyyətlərin nəticələri foto-təsvirini özündə əks etdirən fotoşəkillər müsabiqəyə qəbul edilir.

Müsabiqənin keçirilmə tarixi: 10.03.2025 – 15.04.2025

Müsabiqəyə təqdim olunan işlərin aşağıda göstərilən ölçülərdə ağ-qara və ya rəngli formatda olmalıdır:

  • Fotolar JPEG (JPG) formatında olmalı və uzun tərəfi 1500 piksel təşkil etməlidir.
  • Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər və bir iştirakçının təqdim etdiyi fotolardan yalnız 2 foto qalib seçilə bilər.
  • Fotonun adında müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır.
  • Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.
  • Fotolar üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).
  • Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.
  • Müsabiqəyə fotoaparat, smartfon, dronla çəkilmiş fotolar təqdim edilə bilər.
  • Fotolarda əks olunan şəxslərin razılığının alınması fotoqrafın məsuliyyətindədir.

Müsabiqənin iştirakçıları:

Müsabiqədə iştirak etməyə yaş məhdudiyyəti qoyulmur. Müsabiqədə milliyyətindən, cinsindən, təhsilindən və sənətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları iştirak etmək hüququna malikdir. (Münsüflər heyətinin üzvləri müsabiqədə iştirak edə bilməzlər.)

Mükafatlandırma:

Müsabiqədə I-III yerlərə layiq görülmüş foto işlərin müəlliflərinə aşağıda göstərilən pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunur:

I yer - 500 AZN

II yer - 300 AZN

III yer - 200 AZN

Əlavə olaraq 5 ən yaxşı foto 100 AZN, sərgidə nümayiş olunacaq 30 ən yaxşı foto müəllifi 30 AZN məbləğində mükafata layiq görüləcəklər.

İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaqdır. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir.

Qeyd: Müsabiqəyə təqdim olunmuş fotolar sərgidə nümayiş ediləcəkdir.

Fotolar Musabiqe@proton.com email ünvanına göndərilməlidir. Emaildə iştirakçının ad, soyad, ata adı, yaşadığı şəhər, əlaqə üçün telefon nömrəsi qeyd edilməlidir.