Anja Niedringhaus Cəsarətli Fotojurnalistika Mükafatı
Beynəlxalq Qadın Jurnalistlər Fondu (IWMF) tərəfindən hər il təqdim edilən Anja Niedringhaus Courage in Photojournalism Award müraciətləri qəbul edir. Bu nüfuzlu mükafat Pulitser mükafatı laureatı, məşhur fotojurnalist Anja Niedringhausun xatirəsini və irsini yaşatmaq məqsədilə təsis olunub. Müsabiqə çətin və təhlükəli şəraitdə cəsarətlə işləyən, gördükləri işlə cəmiyyəti hərəkətə keçirən qadın və qeyri-binar fotojurnalistlərin əməyini qiymətləndirir.
Mükafat kimlər üçündür?
-
İştirakçılar: Qadın fotojurnalistlər.
-
Peşəkar status: Jurnalistika əsas peşəsi olan və tamştatlı (full-time) çalışan jurnalistlər. İstər sərbəst jurnalistlər (freelance), istərsə də hər hansı media qurumunda çalışanlar müraciət edə bilərlər.
-
Müstəqillik: Müraciət etmək üçün mütləq münaqişə zonalarında uzun müddət işləmək tələbi yoxdur; hər səviyyədən olan peşəkarlar qatılabilər.
Qalibə nə təqdim olunur?
-
20,000 ABŞ dolları məbləğində pul mükafatı.
-
Qalibin əsərlərinin beynəlxalq səviyyədə ictimaiyyətə təqdim olunması və rəsmi mərasimdə mükafatlandırılması.
Müraciət tələbləri və portfoliyoya dair qaydalar
Müraciət prosesində aşağıdakı sənəd və materiallar təqdim olunmalıdır:
-
12 ədəd fotoşəkil: çətin reportaj mühitlərini və namizədin işini əks etdirən 12 foto.
-
Fotoların 6-sı son iki il ərzində çəkilmiş olmalıdır.
-
Qalan 6 foto isə namizədin bütün karyerası ərzində istənilən vaxt çəkdiyi işlərdən seçilə bilər.
-
Hər bir foto üçün ingilis dilində tarix, məkan və konteksti izah edən başlıq (caption) yazılmalıdır.
-
-
Namizəd Bəyannaməsi (Candidate Statement): ingilis dilində, maksimum 500 sözdən ibarət olan və aşağıdakı 4 sualı cavablandıran mətn:
-
Namizəd fotoları vasitəsilə hansı hekayələri danışır?
-
Fotolar hansı şəraitdə çəkilib?
-
Təqdim olunan fotolar namizədin işinin miqyasını necə əks etdirir?
-
Namizədin karyerası Anja Niedringhausun dəyərlərini necə əks etdirir?(Qeyd: Bəyannamədə və fayl adlarında namizədin adı və ya əlaqə məlumatları qeyd olunmamalıdır).
-
Qiymətləndirmə meyarları
-
Fotoqrafiyanın texniki və estetik keyfiyyəti
-
Portfolionun kompozisiyası
-
Hekayəni çatdırma qabiliyyəti (Storytelling)
-
Jurnalistin işlədiyi şərait və çətinliklər
-
Anja Niedringhausun dəyərlərinə sadiqlik
Qeyd və İpucu: Həm fərdi şəkildə öz namizədliyinizi irəli sürə (self-nomination), həm də həmkarınızın, mentorunuzun və ya redaktorunuzun sizi namizəd göstərməsini təmin edə bilərsiniz.
Ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi platformaya keçid edə bilərsiniz: IWMF Rəsmi Səhifəsi
