Aprelin 5-dən 7-dək Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirildi.
Milli Gimnastika Arenasında keçirilən yarışda komandamız güləşin hər üç növündə ümumilikdə 14 idmançı ilə təmsil olunub.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə pəhləvanlarımız Yunan-Roma güləşində 4, qadın güləşi və sərbəst güləş üzrə yarışlarda isə 5 idmançı ilə mübarizə aparıb.
Təmsilçilərimizdən yalnız turnirin son günündə mübarizəyə başlayan sərbəst güləşçilərimiz ümidləri doğruldub. Belə ki, milli komandamızın üzvlərindən Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) doğma azarkeşlər önündə uğurla çıxış edərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Fotoqraf: Nadejda Cavad