Əliverdibəyli Sadıq Haqverdi oğlu 13 iyul 1995-ci ildə Bakıda anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Texniki Universitetinin nəzdindəki Bakı Texniki Kollecində təhsil alıb. 2019-cu ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdindəki Teleradio Akademiyasında operator peşəsi üzrə kurs , 2020-ci ildə Report İnformasiya Agentliyinin nəzdindəki Report Media Məktəbində jurnalistika üzrə kurs keçib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, operator ixtisası üzrə təhsil alır. Əmək fəaliyyətinə 2015-ci ildə Üzeyir Hacıbəylinin ev – muzeyində bələdçi kimi başlamışdır. 2016-cı ildən həmin muzeyin şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda muzeyin fotoqrafıdır. Paralel olaraq fotoqrafiya və fotojurnalistika ilə də məşğul olur. Əsasən reportaj janrında şəkillər çəkir. Bir müddət Assistance Turizm Agentliyində fotoqraf, AzPress İnformasiya Agentliyində fotomüxbir və Report informasiya Agentliyində fotoredaktor vəzifəsində çalışmışdır. 2017-ci ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür.