Mən Abbasov Rəsul Əsgər oğlu. Cəlilabad rayon Göytəpə şəhərində anadan olmuşam. Fotoqrafam, həmçinin kameraman kimi də fəaliyyət göstərirəm. Foto çəkmək hər zaman mənim hobbim olub və hal-hazırda da, fotoqraf kimi fəaliyyət göstərməkdən zövq alıram.
Əsasən şəhid və qazilərin təbliğatı yönümlü çəkilişlərdə aktiv fəaliyyət göstərmişəm. Bu fəaliyyətimi Damğa TV informasiya kanalının və Mübarizlər Cəmiyyəti ictimai birliyinin youtube kanallarında etmişəm. Hal-hazırda media yönümlü çəkilişlərdə və el şənliklərində fotoqraf kimi fəaliyyətdəyəm.