Yaqubov Rüfət İsmayıl oğlu. 24 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Musiqiçi ailəsində doğulduğumdan uşaq yaşlarından musiqiyə və incəsənətə maraq göstərmişəm. Fotoqrafiyaya sevgim isə hələ uşaq yaşlarından plyonka ilə evdə olan fotoapparatla şəkillər çəkirdim. İlk fotoapparatım 2008-ci ildə alınan mobil telefonum olub, o vaxtdan çəkdiyim şəkilləri çap edirdim, lakin ciddi olaraq 2016-cı ildə özümü fotoqrafiyaya həsr etməyə qərar verdim və ilk rəqəmsal fotoapparatımı o ildə əldə etdim. İlk öncə fotoqrafiya mənim üçün incəsənətdir, hər bir şəkil tarixdir və bir hekayədir. Həmçinin videografiya ilə də məşğulam. Bir neçə qısa film və klip çəkmişəm. On ilə yaxın turizm sahəsində çalışmışam, hazırda isə rabitə və telekomunikassiya sahəsində xidmət göstərirəm.