1997-ci il Avqustun 4-ü Sumqayıt şəhərində doğulmuşam. Sumqayıt şəhəri 13№-i tam orta məktəbi bitirmişəm. 2015-2019cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin Operator Sənəti (Kinomatoqraf) ixtisasını bitirmişəm. 2015-ci ildə DTV kanalında TV-foto vəzifəsində, 2016-2018-ci illərdə Azpress.az Video-foto informasiya agenliyinin xəbər saytında foto-muxbir olaraq idman sahəsində çalışmışam. Formula 1 Azərbaycan Qran Prisi 2016 və Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında foto-muxbir kimi iştirak etmişəm. 35photo.pro saytının keçirdiyi bir çox müsabiqələrdə iştirak etmişəm və sertifikatlarım var. 2016-cı ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüyəm.