İbadov Vüqar Fəxrəddin oğlu 1978-ci il Oktyabır ayının 7-si Bakı şəhərində anadan olmuşam. 1998-ci ildə ANS-TV, 2004-cü illərədə SOY production-da, həmçinin ştatdan kənar (stinger) “Reuters” informasiya agentliyində Foto-TV xidmətində işləmişəm. 1999-cu ilən Azərbaycan Fotoqrafları Birliyinin üzvüyəm.
2004-2006-cı illərdə Samanyolu televiziyasında Teleoperator vəzifəsində calışmışam. 2006-cı ildən 2008-ci ilin Mart ayına qədər Lider televiziyasında Səda Xəbərlər informasiya xidmətində Teleopreator vəzifəsində. 2008-ci ilin Aprel ayından TRT Bakı təmsilciliyində Teleoperator vəzifəsində çalışmışam. 2012-ci ildə ölkəmizdə keçirilən Eurovision mahnı müsabiqəsinin rəsmi fotoqrafı olmuşam. Həmin il Azərbaycan Fotoqrafları Birliyi tərəfindən İLİN PRESS FOTOQRAFI adına layiq görülmüşəm. 2012-ci ilin Sentyabr ayından Türkiyənin dövlət informasiya agentliyi ANADOLU AJANSI Kafkaslar bürosunda fotomüxbir vəzifəsində çalışmışam. 2013-cü ildən etibarən isə Bakı Media Mərkəzinin fotomüxbiriyəm. 2017-ci ildə “Dinc Dünya” Araşdırma Mərkəzi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bazasında, BDU-nun jurnalistika fakültəsinin tərəfdaşlığı ilə Konflikt Jurnalistikası Məktəbində Baş Təlimatçıyam. 2022-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika Fakultəsində Fotojurnalistika fənnindən dərs deyirəm.