Fotoqrafiya mənim üçün nədir

Fotoqrafiya digər incəsənət növləri kimi mənim üçün özünü-ifadə üsuludur. Fotoqrafiya sayəsində mən öz asudə vaxtımı düzgün tənzimləyir, həmçinin öz fotoqrafiya işlərimlə incəsənətə töhvə vermiş oluram. Öz işlərimdə auditoriyanın diqqətini hər gün yanından ötüb keçdiyi, lakin gözəlliyinə vadar olmadığı əşyalara və mənzərələrə çəkməyə çalışıram. Zənnimcə fotoqrafiyanın ən gözəl cəhətlərindən biri auditoriya diqqətini detallarda və xırdalıqlarda gizlənmiş gözəlliklərə cəlb etməkdir ki, bu xüsusiyyəti bir çox işlərimdə tətbiq etməyə çalışıram. Fotoqrafiyanın digər özəlliyi isə fotoqrafın öz nöqteyi nəzərinin auditoriyaya çatdırılmasıdır və bununla da hər bir fotoqrafiyada müəllifin xasiyyəti öz əksini tapa bilir.