Mən 1985-ci ildə Bakı şəhərində anadan olmuşam.
11 ildən artıqdır foto sənəti ilə məşğulam. Son 5 ildə isə xüsusilə toy fotoqrafiyası janrında çalışıram.
Mənim üçün ən önəmli olan müxtəlif insan emosiyalarını tutmaqdır – bu, məni ən çox ilhamlandıran bir zövqerici bir prosesdir.
Mən “Bakı 2017 – 4-cü İslam Həmrəyliyi Oyunları” zamanı könüllülərin gündəlik fəaliyyətinin çəkilişini  həyata keçirmişəm.
Artıq üç ildir ki, “JARA” musiqi festivalını işıqlandıran fotoqraflar cərgəsində yer alıram.
Mənim işlərimi Boutique Baku, ATV Magazine və Le Officiel kimi jurnallarda izləmək olar.

This slideshow requires JavaScript.