1987-ci ildə Beyləqan şəhərində anadan olmuşam.1994-2005-ci illərdə orta təhsilimi Beyləqan şəhərində almışam.
2005-ci ildə Azərbaycan Kooperasiya Universitetində “Maliyyə və Kredit” ixtisasına daxil olub,2009-cu ildə həmin universiteti bitirmişəm.
2007-ci ildən maliyyə sahəsində çalışıram.Hal-hazırda bank sahəsində işimi davam etdirirəm.

Fotoqrafiyaya marağım 2009-cu ildən başlayıb.Həmin illərdə müəyyən qrup fotoqraflar Facebook-da “FotoKlub” adı altında qrup yaratmışdılar.
Həmin qrupda fotoqrafların çəkdiyi şəkillərə baxanda məndə fotoya çox böyük həvəs yarandı.Sonra ilk kompakt fotoaparatımı “Canon G10” modelini aldım.
Daha sonra güzgülü fotoaparatla fotoqrafiyanı daha dərindən oyrənməyə başladım.
2012-ci ildən AFB-nin üzvüyəm.Foto dərslərini AFB-nin sədri Mirnahib Həsənoğludan almışam.

Əsasən təbiət və insanların şəklini çəkməkdən zövq alıram.

www.500px.com/farhadoss