Fevral ayının 16-da “ Rus evində” Azərbaycan Fotoqrafları Birliyinin idarə heyyətinin üzvü Aydın Mehdiyevin “Sehirli Ordubad “ fotosərgisinin açılışı olmuşdur.
Sərginin açılışında “Rus evi”nin müdür müavini Dmitriy Yeqorov , həmin təşkilatın fotoklubunun kuratoru Vsevolod Tsurikov , Azərbaycan Respublikasının Elmlər Akademiyasının vitse prezidenti akademik Arif Həşimov və sərginin müəllif çıxış etmişdirlər.
Sərgidə Ordubadın tarixi abidələrini , maqnetik və əsrarəngiz təbiətini əks etdirən 25 foto təqdim olunmuşdur.
Ordubad gözəl təbiəti , heyrətamiz gözəlliyi ilə insanları heyran edən qədim torpağdır . Ordubad rayonu rəngarəng təbiəti , iqlimi , tarixi memarlıq abidələri və sakinlərinin mehribanlığı,qonaqpərvərliyi ilə tanılır .
Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyev Ordubadı “Azərbaycan torpağının incisi” adlandırmışdır .Ordubad öz bağlarının , şəlalərinin və dağ göllərinin bənzərsiz gözəlliyinə ilə məşhurdur .
Ordubadın şöhrətini , möhtəşəm meyvə bağlarını , gözəl memarlıq abidələrini öz əməyilə zəhmətkeş insanları , istedadlı və savadlı ziyalıları ,
Aydın Mehdiyevin fotosərgisi Ordubadın təbiətini , tarixi memarlıq abidələrini , dağ çayları və göllərini bizə göstərir .
Hər daşının , kərpicin hekayət olduğu Ordubadın qədim tikililəri , hamamları , məsçidləri , tarixi abidələri keçmişdən bizə yadıgar ,nağıldır . Bu abidələr canlı tarix dərsliyinin , şəhərin tarixinin səhifələri kimi bura gələn səyyahları və qonaqları valeh edir.