- Beynəlxalq Bursa Foto Festivalında qonaq ölkə olaraq seçilən TÜRKSOY ölkələrinin sessiyası baş tutdu. Sessiyadan öncə Türksoy təşkilatının baş katibi Sultan Raev bu ölkələrdən gələn qonaq fotoqraflar – Mehmet Gökyiğit, Gazi Yüksel, Nurlan Tahirli, Erkin Boljurov, Sultan Seytov və Ernest Kurtveliyevin sərgidəki işləri ilə tanış oldu. Daha sonra festival ziyarətçilərinə TÜRKSOY-un fəaliyyəti haqqında qısa çarx nümayiş edildi, ardınca Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprdən gələn fotoqraflar və Türksoy media yayım və informasiya departamenti sədri səhnəyə dəvət olundu. Bursa Kent konseyindən Murat Başların moderatorluğunda keçən sessiyada Güler Fedai təşkilatın fəaliyyəti, gələcək planları haqda məlumat verdi. Çıxışın ardından, fotoqaraflar ölkələrindəki foto sənətinin vəziyyəti, əldə olunan nailiyyət və çatışmayan məqamlardan danışdılar. Sessiyanın sonunda fotoqraflara baş katib Sultan Raev təşəkkürnamə, eləcə də BUFSAD idarə heyətindən Serpil Savaş foto kataloq təqdim etdi. Sonda isə BUFSAD, Türksoy, qonaq fotoqraflar, eləcə də xüsusi qonaq Prof.Dr. Güler Ertan və sərginin kuratoru Dos.Dr.Beyhan Özdemir kollektiv xatirə şəkli çəkdirdilər.
Fotolar: Nurlan Tahirli, Erkin Boljurov, BUFSAD