Təvəllüdu: 17 iyul 1969-cu il.

Doğulduğu yer: Azərbaycan respublikası, Qax şəhəri

Təhsili: Ali təhsilli – 1986-1992 illərdə, Rusiya Federasiyasının, Voronej Meşə Texniki Akademiyasının, Meşə Təsərrüfatı Fakultəsini, Meşə, bağ və park təsərrüfatları mühəndisi ixtisası üzrə tam kürs bitirmişəm (diplom TB№ 093647. Registrasiya № 873)

İş təcrübəsi:      1992-ci il – Qax meşə təsərrüfatında fəhlə;

1993-cü il – Qax meə təsərrüfatında baş iqtisadçı;

1997-ci il – Qax meşə təsərrüfatında meşə ustası;

2003-cü il – İlisu D.T.Q-nda yeger;

2005-ci ildən İlisu D.T.Q-nun mühafizə işləri üzrə direktor müavini;

2013-2016-cı illərdə Zaqatala D.T,Q-nun direktoru;

2016-cı ildən bugünədək İlisu D.T.Q-nun mühafizə işləri üzrə direktor müavini.

Elmi fəaliyyəti:  2007-ci ildən İlisu D.T.Q-da (əsasəndə, Axar-baxar ərazisində) məməlilərin öyrənilməsi üzrə kompleks elmi tədqiqatlar (vüzual müşahidə, məməlilərin izlərinin və həyat fəaliyyətini sübut edən əlamətlərin müşahidəsi, onların ekologiyasi, say dinamikası, mövsümü miqrasiyası, yem bazası, rəqabət, ölüm səbəbləri və s., eləcədə foto-tələlər vasitəsilə tədqiqatlar aparıram); Qax rayonunun xüsusi mühafizə olmayan digər ərazilərində də, məməlilərin tədqiqatı sahəsində bir sıra işlər görmüşəm;

Hal-hazırda meşə, İlisu D.T.Q-nun və Qax D.Y-nın dağ və dağətəyi ərazilərdə mövcud olan vəhşi dırnaqlılarının və yırtıcı məməlilərin populyasiyalarının sıxlığı, say dinamikasını, məhtudiyyət faktorlarını və s. tədqiq edirəm.

Bir neçə növ üzrə konkret material toplayıram: Şərqi Qafqaz Turu (Capra cylindricornis) və Qarapaça köpgər (Rupicapra rupicapra) populyasiyalarının Qax rayonunun yüksək dağlıq və meşəlik ərazilərində biotoplar üzrə  məskunlaşması (müxtəlif mövsümlərdə); Şərqi Qafqaz Turunun cinsi və yaş qruplarına görə biotoplardakı yerləşmə mövqeyi, mövsümlə əlaqəli miqrasiya və davranışları, yemi, yırtıcıların onların ölümlüyünə təsirə və digər ölüm səbəbləri, ekologiyası, morfofizioloji xüsusiyyətləri və s.

Qax D.Y-nda (Acınohur və Sarıca çöllərində) ceyranın (Gazella subgutturosa) reintroduksiyası və akklimatizasiyasını müşahidə edirəm.

İlisu D.T.Q-nun və Qax D.Y-nın və ümumiyyətlə Qax rayonunun digər ərazilərində onlarla tədqiqat marşrutları (piyada 1000 km-dən artıq məsafə qət etmişəm) keçərək və çöl işlərində məməlilərin 6 dəstədən olan 73 növünün mövcud olduğunun tədqiq etmişəm.

2009-cu ildə “Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasını” -nın (FAİREX) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ikl Azərbaycan-Afrika elmi-idman ekspedisiyasının tərkibində Afrikanın ən yüksək zirvəsinə, Kilimancaro dağının “Uhuru” pikinə (5895m) qalxmış və ekspedisiya zamanı materikdə bioloji müxtəlifliyin öyrənilməsi məqsədilə elmi materiallar toplanmışdır.

2012-ci ildə “Pamir” elmi-idman ekspedisiyasının rəhbəri kimi, “Lenin” pikinə (7134m) uğurlu yürüş baş tutmuşdur.

2013-cü ildə FAİREX-in vise-prezidenti seçilmişəm və bugündə fəaliyyət göstərirəm.

2013-cü ildən AMEA-nın Zoologiya İnstitutunun dissertantıyam. “İlisu DTQ-nun iri yırtıcı məməliləri və dağ dırnaqlıları (Qonur ayı – Ursus arctos Linnaeus,1758, Canavar – Canis lupus L.1758, Vaşaq – Lynx lynx L.1758, Nəcib maral – Cervus elaphus L.1758, Cüyür – Capreolus capreolus L.1758, Köpgər – Rupicapra rupicapra L.1758, Şərqi Qafqaz turu – Capra cylindricornis Blyth,1841, Qaban – Sus scrofa L.1758,)” mövzusunda elmi-təqdidat işi aparıram.

Bu günə kimi 12 elmi məqaləm dərc olunub. Afrika və Cənubi Amerika qitələrindən ekspedisiya zamanı toplanmış elmi materiallar və onların tədqiqi nəticəsində dərc olunmuş iki dərsliyin (“Afrikanın Bioloji Müxtəlifliyi” və “Cənubi Amerikanın Bioloji Müxtəlifliyi”) həm müəllifiyəm.

2016-cı ildən Almaniya-Azərbaycan əməkdaşlığı çərçivəsində (KFW, GOPA, WWF-in dəstəyi ilə) həyata keçirilən “Ekokoridor” layihəsində Azərbaycanın Qax-Zaqatala bölgəsi üzrə fasilitator, Meşələrin və s. landşaftların qiymətləndirilməsi üzrə və iri məməlilərin monitorinqi üzrə ekspert olaraq çalışıram.

2004-cü ildən AFB-nin (Azərbaycan Fotoqraflar Birliyi) üzvüyəm. AFB-nin təşkilatçılığı ilə çox sayda Fotosərgilərdə və Fotofestivallarda iştirak etmişəm

Azərbaycan respublikası, Qax şəhəri,

C.Cabbarlı küçəsi, ev 42.

e-mail: amuradov@mail.ru

Tel: mob. +994557553442.