12 noyabr 1994-cü il İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşam. 2011-ci ildə İsmayıllı kənd tam orta məktəbi bitirmişəm. 2012 -ci il sentyabr ayında Mingəçevir Tibb Kollecində diş texniki ixtisası üzrə təhsil almışam. 2017 -ci il 18 sentyabr tarixindən “ABAD” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr sektorunun fotoqraf – kameramanı vəzifəsində, 2018-ci il 15 iyun tarixindən Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində Baş mütəxəssis-böyük inspektor vəzifəsində çalışıram.