Süleyman Amira Nəcəf qızı 1985-ci il may ayının 10-da Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini kənddəki 84 №-li məktəbdə almışdır. Uşaq vaxtından rəsmə, fotoya və idmana böyük həvəs göstərmişdir. Sonralar həmyaşıdlarından fərqli dünyabaxışı fotonu seçməsinə səbəb olmuşdur. Amira Süleyman 2004-cü ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərir. 2010-cu ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Fotoqrafiyanıdaha mukənməl və dərindən öyrənmək üçün Azərbaycan Fotoqraflar Birliyinin nəzdində Fotaqrafiya məktəbinin 3 aylıq kursunu uğurla bitirmişdir.S.Amira daha sonralar Ankara vəBursada foto dərsləri almış, seminarlarda iştirak etmişdir. 2022-ci ildə birliyin İdarə heyətinin üzvü və sədr müavini seçilmişdir. 2013-cü ildən SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində fotoqraf vəzifəsində çalışır. Bu illər ərzində bir sıra respublika və beynəlxalq sərgilərdə QSC-nin fəaliyyətini əks etdirən foto-stendlərlə iştirak etmişdir. 2013-cü ildə “Azərbaycanımın inkişafı – 10 il” fotomüsabiqəsində uğurla iştirak etmiş, sentyabr ayının 10-da “Park Bulvar” AVM-də təşkil olunan yekun sərgidə 13 fotoyla təmsil olunaraq birinci olmuşdur. Amira Süleyman 2012-ci ildən Region TV-nin korifey sənətkarlara həsr etdiyi “Ömrün fəsilləri” layihəsinin yaradıcı heyətinin üzvü olmuş və 2014-cü ilin mart ayının 6-da Xətai Sənət Qalereyasında baş tutan eyni adlı ilk fərdi foto sərgisində milli teatr və kinomuzun inkişafında xidmətləri olan 14qadın sənətkarın həyat və yaradıclığını əks etdirən 35 fotosununümayiş etdirmişdir.Həmin ilin iyun ayının 14-də Müasir İncəsənət Mərkəzində Azərbaycanda fotoqrafiyanın yaranmasının 175 illiyi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) 15 illiyinə həsr edilmiş “Onlar” adlı fərdi foto sərgisi keçirilmişdir. Sərgidə 50 foto, o cümlədən müasir Azərbaycan fotoqrafiyası tarixində öz sözünü demiş və deməkdə olan peşəkar fotoqrafların 46 foto-portreti nümayiş etdirilmişdir. 2021-ci il 19 – 28 noyabr tarixləri arasında keçirilən 11-ci Bursa Beynəlxalq Fotoqrafiya Festivalının iştirak etmişdir.
Amira Süleyman Fotoğraf Sanatı Kurumunun “Temel Fotoğraf Bilgisi Semeneri” (2010), “Portre Fotoğrafı Semineri” (2011), “Sokak Fotoğrafçılığı Semineri” (2012),“İleri Düzey Fotoğrafta Kuram və Kurgu Semineri” (2012),“Ankara Fotoğraf Günləri” (2019) seminarlarının, Azərbaycan Fotoqraflar Birliyinin Fotoqrafiya məkətəbinin (2011), “İrəli” İB-nin Təlim Mərkəzinin“Qeyri Formal Təhsil-3”(2011) kursunun, “Eurovosion – 2012” müsabiqəsinin “Fotoqraf assistent” (2012), “Təlim və Karyera Mərkəzi” və “Successful Strategies” şirkətinin “Business School” layihəsinin(2013), “Atəşgah” Sığorta Qrupunun “Sevək, qoruyaq, arxayın yaşayaq!”fotomüsabiqəsinin (2013), “Mənim ölkəm Şərq əməkdaşlığı” layihəsinin (2014), Fotoğraf Sanatı Kurumunun “Gürcüstanda Azərbaycanın foto günləri” çərçivəsində “Gürcüstan-Azərbaycan” fotosərgisinin (2017), “Caucasus-Carpathians Circuit-2017” (Georgia-Ukraine-Azerbaijan) layihəsinin(2017) sertifikatlarına; “Uğurlu Gənclər Siyasəti” layihəsinin Fəxri Fərmanına (2009); “Zəka və Ülviyyət” Maarifləndirmə İctimai Birliyinin Təşəkkürnaməsi (2009), Azərbaycan Fotoqraflar Birliyinin “Fotomüsabiqə”sinin (2014), “Natürmort” fotomüsabiqəsinin (2014), Əmircan rəssamlarının sərgisinin (2017, 2018, 2019) Diplomları ilə təltif olunmuşdur. 2020-ci ildə Azərbaycan fotoqrafiya sənətinin tərəqqisi və inkişafı naminə həyata keçirilən layihələrdə iştirakına,fotoqrafiya sənətinin ictimaiyyətə tanıdılmasında həyata keçirdiyi “Xeyirxahlıq” sosial layihələrinin verdiyi töhfələrə görə Azərbaycan Fotoqraflar Birliyinin Xatirə Diplomuna layiq görülmüşdür.