Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və “Yaşat” Fondunun təşkilatçılığı ilə Bakıda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” yarmarkasına start verilib. photographer.az-ın məlumatına görə yarmarka Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrının arxasında yerləşir.

“Yaşat” Fondunun müdir müavini Rəbiyyə Cəfərovanın sözlərinə görə 29 oktyabrdan başlayan yarmarka 9 noyabra qədər davam edəcək. Yarmarkadan əldə olunan gəlirlər qazilərin və şəhid ailə üzvlərinin müraciətlərinin təmin olunması üçün “YAŞAT” Fonduna ianə olunacaq:

“Yarmarka boyunca ASAN radio və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən hər axşam konsert tədbirləri təşkil olunacaq. Eyni zamanda, burada müxtəlif mövzularda sərgilər təşkil olunacaq. Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş olunacaq. Şirkətlər tərəfindən məhsullar satışa çıxarılacaq. Burada zəfər simvolikasına aid müxtəlif suvenir, qida məhsulları, kitablar və digər məhsullar olacaq”.

Photo by Sadiq Aliverdibeyli

 

Leave a Reply