Azərbaycan Fotoqraflar Birliyinin üzvü, fotoqraf Araz Adiloğlunun müəllifi olduğu fotolar Yunanıstanın Saloniki şəhərində sərgilənmişdir.
Belə ki, Noyabr ayında Yunanıstanın Saloniki şəhərində Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyəti tərəfindən Vətən müharibəsinin başa çatmasının birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.
Baş tutan aksiya zamanı nəqliyyat vasitələrində və dayanacaqlarda Bakıdakı Qız Qalası və Zəfər gününə aid keçirilmiş tədbirdən, Şuşadan Şuşa qalasını, Azərbaycanın azad edilmiş ərazilərini, “Xarı bülbül” rəmzini əks etdirən fotomateriallar yerləşdirilib.
Aksiya yerli sakinlərin diqqətini Azərbaycanın parlaq qələbəsinə cəlb etmək məqsədilə gerçəkləşdirilib.
Qeyd edək ki, fotoqrafa məxsus fotolar artıq ikinci dəfədir ki, Saloniki şəhərində sərgilənib.