Martın 7-də Bakı Xətai Sənət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyəti ilində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Qadınların Dünyada Rolu” adlı rəsm sərgisi açılıb. Azərbaycan Rəssamlar İttifaqı, Azəebaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Fotoqrafları Birliyi, və Xətai Sənət Mərkəzinin dəstəyi ilə keçirilən sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açmışdır. Beynəlxalq Qadınlar Gününün əhəmiyyətindən danışdı. Daha sonra Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu, General İsgəndər Allahverdiyev, Palkovnik Hikmət Atayev, Palitoloq, Prezident yanında QHT-yə Dövlət Dəstəyi şurasının üzvü Emin Həsənli, Aprel Qazisi Anar Məmmədov, Gənçliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Xalq artisti Eldost Bayram və başqaları öz çıxışlarında Dünyada və Ölkəmizdə xanımların hər peşə sahəsində danılmaz uğurlarından söz açdılar və xanımları təbrik edərək uğurlar arzuladılar. Tədbirin təşkilatçısı Aygün İsgəndərova sərgidə müxtəlif yaş qruplarını təmsil edən rəssamların və dekorativ tətbiqi sənət ustalarının əsərləri nümaiş olunduğu və qadınlara həsr edilmiş 150-dən çox rəssamın 200-dən çox əsərin nümaiş olunduğunu bildirdi və iştirakçılar hədiyyələr və diplomlarla təltif olundular.