İyulun 6-da YARAT İctimai Birliyinin təşəbbüsü ilə bu il ilk dəfə olaraq “Bakı küçə fotoqrafiyası” festivalı nəznində keçirilən pinhol janrı üzrə Azərbaycan Fotoqrafları Birliyinin üzvü Xanım Əliyeva tərəfindən ustad dərsi keçirilib. Tədbir YAY qalereyasının binası olan ARTIM layihə məkanında baş tutub. Azərbaycan Fotoqrafları Birliyinin təşkilatı dəstək verib. Layihənin layihə rəhbəri/meneceri: Aydan Dəvəli, kuratoru: Fəxriyyə Məmmədovadır.
Ustad dərsində pinhol janrı haqqında məlumat verilib, pinhol kamerasını asan yolla kibrit qutusundan necə hazırlanması haqda danışılıb və birgə kibrit qutusundan pinhol kamerası hazırlanıb.
Pinhol lent fotoqrafiyasına aid olub, ilk foto-kameralar olan obskura aparatlarının işləməsə prinsiplərinə əsaslanır. Hər il aprel ayının sonuncu bazar günü dünyada “Ümumdünya pinhol günü” kimi qeyd edilir.