Azərbaycan Fotoqrafiya sənətində xidmətləri olmuş, Azərbaycan fotojurnalistikasında öz dəsti xətdi ilə seçilən qocaman fotoqrafımız Oleq Litvin öz ad gününə 1 gün qalmış qəflətən 81 yaşında vəfat etmişdir.
Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvi idi. Oleq Litvin imzası Azərbaycan mətbuatında 6o ilə yaxın tanınıb.Sovet dövründən başlayaraq Azərbaycan müstəqiliyi illərində Azərbaycan tarixinin şanlı səhvələrinin məhz o tarixə öz fotokamerası ilə yazmışdır.
Azərbaycan Fotoqrafları Birliyi Oleq Litvinin ailəsinə, yaxınlrına, dostlarına dərin hüznlə baş sağlıqı verir.
6 iyul 1936-cı ildə Bakıda anadan olub. Fotoqrafiya ilə tanışlığı ilk dəfə o 9-cu sinifdə oxuyarkən atasının ona fotokamera hədiyyəsi nəticəsində olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitunun Energetika fakultəsinə daxil olmuşdur. 1960-cı ildə institute bitirdikdən sonra Qroznıya göndərildi və fotoqrafiya fəaliyyətinə burada başlamışdır. 1962-ci ildə Qroznıda “Çəkic” qəzetində “Meşədəki dərə”adlı ilk fotoişi nəşr olunmuşdur. 1964-cü ildə Bakıya gələn Litvin burada bir neçə fotoqraflarla birlikdə “Xəzər” foto-klubunu yaratmışdılar. 1973-cü ildə Sovet İttifaqı Teleqraf Agentliyindən gələn təklif nəticəsində o burada fotoreportyor kimi işləməyə başlamışdır. Qarabağ müharibəsinin başladığı zaman müharibədə fotojurnalist kimi çalışmağa başlamışdır. Onun müharibədə çəkdiyi fotolar dünya mətbuatında nümayiş etdirilmişdir. “AP” xəbəragentliyi ilə əməkdaşlıq etməyə başlamışdır. Bu dövr ərzində “Azerbaijan International” beynəlxalq jurnalının dəstəyi ilə “Azərbaycan – OdlarYurdu” adlı fotoalbomunu nəşr etdirmişdir. Bu uğurundan sonra “Humay” milli mükafatının laureatı olmuşdur. 2000-ci ildə Volqoqrada köçmüş və beş il burada “Komsomolskaya Pravdu”da çalışmağa başlamışdır. 2005-ci ildə “Volqa və Don” və “Lukoyl” şirkəti ilə fəaliyyətinə davam etmişdir.Olq Litvinin yaradıcılıqından əhatə edən fotolarını AFB arxivinə hədiyyə etmişdir.