5-7 iyul 2019-cu il tarixlərində Bazardüzü zirvəsinə yürüş edilmişdir. Bazardüzü Baş Qafqaz silsiləsində Azərbaycan Respublikası ilə Dağıstan sərhəddində yerləşir və Azərbaycanın ən hündür zirvəsidir. Dəniz səviyyəsindən yüksəkliyi 4466 metrdir. 5 iyul tarixində Xınalıqda gecələdikdən sonra, 6 iyul tarixində Xınalıq-Şahyaylaq istiqamətində gedilmişdir və 3300 metr yüksəklikdə düşərgə salınmışır. Yürüş iştirakçıları 7 iyul gecə saat 3də zirvəyə yürüşə başlamışdır və saat 09:30-da zirvəyə çatmağa nail olmuşdur.Zirvədə Azərbaycan respublikasının bayrağı qaldırılmışdır. Fotoqraf Zamin Cəfərov Azərbaycan Fotoqrafları Birliyinin bayraqı ilə ənənəvi xatirə fotosu çəkdirmişdir. Hava zirvəyə qalxarkən dumanlı-buludlu idi, zirvəyə çatınca isə hava dəyişdi, qar yağmağa başladı, dumanlı qarlı hava şəraitində zirvədən düşərgəyə eniş həyata keçirildi. Düşərgədə isə yağış yağırdı. Beləliklə 4 fəslin bir arada yaşandığı yürüş uğurla sona çatmışdır.