29 iyunda Fərqanə Qasımlının təşəbbüsü ilə Azərbaycan Fotoqrafları Birliyinin üzvləri üçün qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsinə foto tur təşkil edilib. Basqal Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli fotoqraflara qoruq ərazisində bələdçilik edərək onlara tarixi yerləri və abidələri Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələrdə yerləşən IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, hamamlar, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri haqqında məlumat verib.Turun ən maraqlı hissəsi isə qədim Kəlağayı ipək mərkəzini və muzeyini ziyarət edərək Kəlağayı ustasıyla görüş olub.Turun əsas məqsədi keçmişə səyahət edərək cəmiyyətdə milli-mədəni irsimizin dəyərlərin qorunması və kənd turizimininin inkişaf etrilməsini təbliq edərək cəmiyyətə çatdırılmasıdı.Yaxın zamanda foto turdan çəkilən fotolardan ibarət kataloq hazırlanaraq sərgi keçiriləcək.