Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi «Dənizkənarı Milli Park fotoqrafların gözü ilə» adlı fotomüsabiqənin qalibləri müəyyənləşib
Müsabiqədə 1-ci yerə Etibar Cəfərov, 2-ci yerə Aleksandr Fristov layiq görülüb. Qalibləri peşəkar fotoqraflardan ibarət münsiflər heyəti seçib. Qaliblərə 1-ci yer üçün 1500 AZN, 2-ci yer üçün 1000 AZN, 3-cü yer üçün 500 AZN pul mükafatı təqdim olunacaq. Müsabiqənin “Mobiloqrafiya” nominasiyasının qalibləri isə Selcan Ələsli (1-ci yer), Almaz Bağırzadə (2-ci yer) və Kənan Süleymanovdur (3-cü yer). Qeyd edək ki, Münsiflər heyətinin “Mobiloqrafiya” bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib Dənizkənarı Bulvar İdarəsinin instaqram səhifəsində izləyicilərin səs vermə yolu ilə müəyyənləşib. Bu nominasiya üzrə qaliblərə 1-ci yer üçün 300 AZN, 2-ci yer üçün 200 AZN, 3-cü yer üçün 100 AZN pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, Fotomüsabiqə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə keçirilib.