Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun mənzil qərargahında oktyabrın 22-də fotoqraf Theo Allofsun ustad dərsi keçirildi. Ustad dərsində Azərbaycan Fotoqrafları Birliyinin üzvləri və fotoqrafiya sənətini sevənlər iştirak etdilər. AFB adından çıxış edən birliyin sədri Mirnaib Həsənoğlu “Ram edilməmiş Afrika” fotosərgisinin təşkilatçılarına IDEA İctimai Birliyinə və Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirdi. Azərbaycan fotoqrafları adından Şərq əməkdaşlığının “Ailə albomu” fotoalbomu Teo Allofsa hədiyyə olundu.
Ustad dərsi zamanı öz yaradıcılığından danışan fotoqraf həmdə müasir təbiət fotoqrafiyasının qarşılaşdığı problemlərdəndə danışdı. İştirakçılar və qonaq arasında maraqlı müzakirələr oldu. Həmdə yaradıcılıq təcrübəsini bölüşdülər. Suallara peşəkar və səmimi cavabları ilə Azərbaycan fotoqraflarıyla qarşılıqlı dostluq münasibəti quruldu. Ustad dərsində fotoqrafın xanımı fotoqraf Jami Tarrisdə iştirak edirdi. Ustad dərsinin sonunda xatirə fotosu çəkildi.