Formula 1 yarışlarının 4-cü oyunları olan Azərbaycan Qran Prisi 28 Aprel tarixində başladı.

Ölkəmizdə bu ilki Qran Pri yarışı Sprint formatında keçirilir, və bu sezonun ilk Sprintidir. Bu formata əsasən təsnifat sessiyası, əvvəlki illərdən fərqli olaraq yarışın birinci günü keçirilir. Ondan öncə isə Formula 1 üçün sadəcə 1 praktika sessiyası baş tutdu.

2023-cü ildə bəzi komponentlərə üçün əlavə slotlar verilmişdi və Azərbaycan Qran Prisinə bir çox komanda bir sıra yeni komponent limitlərindən istifadə etdi. Alpine komandasından Piyer Qasli isə tamamilə yeni mühərrikdən istifadə etməli oldu – belə ki, birinci sərbəst praktika zamanı onun mühərriki alışıb yanmışdı.

Təsnifat turunda ilk qəzanı Nick De Vries 3-cü döngədə edərək divarla çarpışıb. Yeni nöqtədə daha sonra Piyer Qasli qəza edərək turu tamamlaya bilməyib. 3-cü təsnifat turunun nəticəsinə əsasən Ş. Lekler 1ci, Maks Festappen 2ci, Serxio Perez isə 3cü tamamlayaraq Sprint yarışı üçün öndə yer aldılar.

Leave a Reply