12 iyun final yarışının ilk dövrələrində Sainz, bolidində başverən nasazlıq səbəbiylə oyundan kənar qalır. Ardınca 20-ci dövrədə Lekler ilk yerdə ikən, mühərrikdə yaranan nasazlıq səbəbi ilə məyusluqla o da trekdən kənarlaşır. Beləcə Ferrari komandasından heç bir sürücü yarışı tamamlaya bilmir. Lekler oyundan kənarlaşmadan öncə ondan arxada sıra ilə Verstappen, Perez və Russel gələrkən finalın elə bu ardıcıllıqla da bitəcəyi hələ məlum deyildi.
Eyni ilə Zhou və Magnussen də yarışı bitirə bilmirlər. Yuki Tsunoda isə arxa qanadında nasazlıq yaşayaraq DRS istifadəsindən məhrum qalır. Ardınca Stroll da oyunu tamamlaya bilmədən final yarışı başa çatır.
© Nurlan Tahirli