2021 Azərbaycan Qran Prisi Formula 2-nin praktika sessiyası ilə 04 İyun tarixində başlamış oldu. İlk dəqiqələrdə Marino Satonun bolidi divara çırpılaraq ön sağ təkəri yararsız vəziyyətə düşmüş oldu. Daha sonra Lirim Zendelinin bolidi trekdən çıxaraq 16ci döngədə sıxışmış oldu. Sessiyanın sonuna yaxın Roy Nissani qəza edib bolidini ciddi şəkildə zədələsə də, xəsarət almadan bolidini tərk edir. Belecə, törətdiyi qəza və təmirə az zaman qalması səbəbiylə sıralama sessiyasına qatıla bilmir. Sıralama sessiyasında Liam Lauson və onun komanda yoldaşı Yuri Vips ilk iki yerə sahiblənirlər.
Formula 1 Praktika sessiyasında ciddi qəzalar baş verməsə də sessiya zamanı bir çox trekdən çıxma hadisələri ilə yadda qalıb. Belə ki “AlphaTauri” komandasından Yuki Tsunoda, Pyer Qasli eləcə də “Mercedes” komandasından Luis Hemilton, Valtteri Bottas sessiya müddətində trekdən çıxıblar. Trekdən çıxanlar siyahısında həmçinin “Aston Martin” komandasının sürücüsü Sebastian Fettel olub.
Nurlan Tahirli