Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq sənədli film festivalı – DokuBaku 12-20 oktyabr tarixlərində Bakı şəhərində baş tutacaq. DokuBakunun bu ilki mövzusu “Reallığı sınayaraq” devizində əksini tapıb.

Festivalın proqramı iki hissədən – əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramlarından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 17 sənədli film təqdim ediləcək, rejissor və prodüserlərlə ustad dərslər, musiqi performansları təşkil olunacaq. Festivalın proqramı tam şəkildə sentyabrda açıqlanacaq.

DokuBaku festival qabağı proqramı çərçivəsində artıq səkkizə yaxın film sərgiləndirib. DokuBaku bu proqram çərçivəsində ADMİU tələbələrinə “Mən sərhədi keçməmişdim, sərhəd məni keçdi”(“I Didn’t Cross The Border: The Border Crossed Me”) filmini təqdim edir.

Gürcüstanlı kinorejissor Toma Chagelishvilinin “Mən sərhədi keçməmişdim, sərhəd məni keçdi” adlı sənədli filmi Gürcüstan və Osetiya arasındakı baş vermiş münaqişənin Çurvaleti kəndinin sakinlərinə təsirindən bəhs edir. Sərhədi nişanlayan tikanlı məftil Çurvaleti kəndinin içindən keçir və onu iki yerə bölür. İndi ailələr yaxınlarını cərimə olunmadan görmək üçün müxtəlif üsullar tapmağa məcburdular. Bu sənədli film “sərhəd” ilə qarşılaşan insanların həyatını əks etdirən absurd traqikomediyadır.

*Film gürcü dilində ingilis subtitrləri ilə nümayiş olunacaq. Festival çərçivəsində göstəriləcək sənədli filmlər Azərbaycan və ingilis subtitrləri ilə nümayiş olunacaq.

DokuBaku haqqında daha ətraflı məlumatı saytımızdanhttps://www.dokubaku.org/

Leave a Reply