25-26-27 noyabr 2017-ci il Gürcüstan Milli Parlament Kitabxanasının sərgi salonunda Azərbaycan Fotoqrafiyası günləri keçirildi.
Azərbaycan və Gürcüstan fotoqraflarının 120-dən çox foto nümayiş olundu, onların arasında Gürcüstan fotoqraflarının “Azərbaycan gürcü fotoqraflarının gözü ilə fotolarıda nümayiş olundu. Bakıda və Şəkidə foto ziyarətlərindən olmuş APG üzvləri 2017-ci ildə Azərbaycan haqda təsüratların fotoqrafiya vasitəsi ilə tamaşaçılara catdırdılar. Gürcüstan tərəfindən 19 müasir, peşəkar və həvəskar fotoqrafın Nata Zviadadze, Mzia lekveişvili , Xatuna Todua,Tamar Biçinashvili,Tamara Peikrişvili, Besik Barkalaia, Ilia Çkadua, Inga Riçkova, Tsitsi Çxeidze, Marikoçarkviani, Maia Tsertsvadze, Sofio Melikidze, Lasha Cabadze , Karlo Salukvadze,Pavle Tvaliaşvili, Maka Makatsaria, Nino Mghebrişvili, Kaxa Pxakadze, Nino Inadzenin fotoları sərgiləndi.
Fotosərgidə 31 Azərbaycan fotoqrafının fotoları nümayiş olundu. Klasik fotoqrafları ilə yanaşı müasir peşəkar və həvəskar fotoqrafların: Aleksandr Ulski, Aleksandr Mişon, Oleq Litvin, Cahangir İbadov, Hacı Akif Ağayev, Kamal Babayev, Yaşar Xəlilov, Rafiq Nağıyev, Hüseyin Hüseyinzadə, Fərid Əşrəfoğlu, Albert Mustafayev, Şahvələd Eyvazov, Asim Talıb, Ayxan Əhmədov, İlkin Səlifov, Nurlan Tahirli, Elxan Qəniyev, İradə Qədirova, Zülfiyyə Seyidzadə, Nadejda Cavad, Könül Süleymanova, Mahir Əhmədov, Vüsalə Yunusova, Çingiz Səmədzadə, Vəli Şükürov, Əli Xudiyev, Arzu Mürvətova, Orxan Əzimin fotoları sərgiləndi.
Tədbiri Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu və Gürcüstan Fotoqrafları Assosiasiyasının sədri Kaxa Pxakadze sərgi iştirakcılarını salamladılar.Sərgi haqda məlumat verdilər.İki dövlət arasında fotoqrafiya vasitəsi ilə yaranan dostlu əlaqəsindən danışdılar. Daha sonra AFB-nin sədri Mirnaib Həsənoğlu IV İslam Həmrəylik oyunlarının katoloqunu APG kitabxanasına hədiyyə etdi.Sərgi iştirakşəlarına sertifikatlar təqdim olundu.
Tədbir Gürcüstan Fotoqrafları Assosiasiyası tərəfindən təşkil olunmuşdur.
Fotolar Dilavər Nəcəfov və Laşa Txhelidzenindir.