İşıq – qaranlığımızı aydınlaşdıran enerji mənbəyi.
Bu enerji mənbəyi yarandığı ilk gündən həyatımızın ən önəmli hissəsinə çevrilib.Məkan və yerindən aslı olmayaraq qaranlıq bir anda kiçik də olsa bir işartıya ehtiyac duyur gözümüz.Ən böyük təbii işıq mənbəyi olan Günəş, Ay və ulduzlardan sonra, texnologiyanın inkişafı müxtəlif növ süni işıqların yaranmasına da səbəb oldu.
İşıqlar fotoqrafiyada da ən böyük ünsür hesab olunur. İşıq axını, yayılan işıq, üfüq xətti, küçə işıqları, maşınların işıqları, yanan şam, alov, Led işıqlar, bir sözlə təbii və ya süni olmasından aslı olmayaraq müxtəlif növ işıqlar kadr üçün əlverişli sayıla bilər.
Bəs görəsən, işıqlar fotoqraflarımızın gözüylə necə görünür?
Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 30 Oktyabr tarixinə kimi təqdim olunmalıdır və fotolar münsiflər heyətinə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqe qrupunda yerləşdiriləcək.
Müsabiqənin müəllifi Günel Məmmədovadır, kordinatoru isə Vüsalə Zeynalovadır.