YARAT Müasir İncəsənət Məkanı Sizləri moda aləmində çalışan, ağ-qara fotoqrafiya ustadı Canluka Santoronun mühazirəsinə dəvət edir.
Dekabırın 28-də Canluka YARAT Mərkəzinə baş çəkəcək, qonaqlarla görüşəcək, moda aspektləri haqqında müzakirə edəcək. O, öz portfoliyasını nümayiş edərək, moda fotoqrafı kimi öz dəsti-xəttindən və dünyanın ən məşhur lüks brendləri ilə əməkdaşlıq təcrübəsi barəsində danışacaq.
Fotoqraf Canluka Santoro 1977-ci ildə İtaliyanın Salerno şəhərində, sənətçi ailəsində anadan olub. 10 yaşından Nyu-York və Paris şəhərlərində yaşamışdır və hal-hazırda Londonda yaşayır. Canluka Santoro Louis Vuitton və Lancome adlı lüks moda brendləriylə, habelə Vogue və Harper’s Bazaar kimi tanınmış jurnallara əməkdaşlıq edib. Canluka bir neçə şöhrətli insanların foto portretlərini çəkib, bunların siyahısına Hugh Jackman, Adrien Brody, Caroline De Maigret, Karlie Kloss, Carmen Dell’Orefice, Emily Didonate, Arizona Muse, Sara Sampaio və b. daxildir.
Tarix: 28 dekabr, 2016
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.Sabail district, E119 Highway, AZ1003, Баку